İspaniyada bütün atom elektrik stansiyaları (AES) elektrik kəsilməsi səbəbindən fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, İspaniyanın Nüvə Təhlükəsizliyi Şurasının məlumatına görə, atom elektrik stansiyalarında (Almarraz II, Asco I və II və Vandellos II) reaktorlar avtomatik olaraq dayandırılıb və dizel generatorları işə salınıb. Hazırda kritik təhlükəsizlik sistemləri dizel generatorları tərəfindən təmin edilir.
Reaktorlar stabil şəkildə soyudulur və bütün nüvə təhlükəsizliyi tələbləri yerinə yetirilir.
Qeyd edək ki, ölkədə elektrik enerjisinin kəsilməsi fonunda İspaniya hökuməti fövqəladə vəziyyət elan edib.