RU

Azərbaycanın yunan-Roma güləşçisi Macarıstanda qızıl medal qazanıb

Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda U-20 yaş qrupu üzrə Azərbaycan millisinin bir neçə üzvü iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kiloqram), Cavad Məmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) memorialda mübarizə aparıb. U-17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarış bitdikdən dərhal sonra güləşçilər Macarıstan Tata şəhərinə yollanıblar. Yığma üzvləri aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.

Избранный
3
6
yeniazerbaycan.com

10Источники