RU

Azərbaycan və Çin Orta Dəhliz çərçivəsində əməkdaşlığı fəal şəkildə möhkəmləndirir - Səfir

Bakı. Trend:

Azərbaycan və Çin “Bir kəmər, bir yol” təşəbbüsü və TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində əməkdaşlığıfəal şəkildə inkişaf etdirirlər.

Trend-in məlumatına görə, bunu bu gün Çin XalqRespublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıdakeçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər,bir yol” təşəbbüsünün məqsədləri Böyük İpək Yolunun ruhunu qoruyubsaxlamaq, əməkdaşlıq üçün açıq platforma yaratmaq və müxtəlifölkələrin inkişafına yeni təkan vermək məqsədi daşıyır.

Onun sözlərinə görə, Çin nəqliyyat dəhlizlərinin, o cümlədənTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyükəhəmiyyət verir və bu, Azərbaycanın öz tranzit potensialını açmaqstrategiyasına tam uyğundur.

"Çin gömrük prosedurlarının asanlaşdırılmasının səviyyəsini vəyük daşımalarının səmərəliliyini davamlı şəkildə artırmaq üçünAzərbaycan və marşrut üzrə digər ölkələrlə əməkdaşlığa hazırdır vəXəzər dənizi vasitəsilə Çin ilə Avropa arasında təhlükəsiz və sabitnəqliyyat xəttinin birgə qurulmasına hazırdır", - Lu Meyvurğulayıb.

O, həmçinin əlavə edib ki, 2024-cü ildə bu marşrut üzrədaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb: 369 qatar göndərilibki, bu da əvvəlki ildən 36 dəfə çoxdur.

Məqalədə:
Избранный
3
1
az.trend.az

3Источники