RU

ÇL-də yarımfinalın hakimləri açıqlandı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının yarımfinalının ilk oyunlarının hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki,"Arsenal"(İngiltərə) - PSJ (Fransa) matçını sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik, Andraz Kovaçiç, Matey Yuq köməklik edəcək.

Alen Boroşak (Sloveniya) VAR, Dennis Hiqler (Niderland) isə AVAR hakimi olacaq.

“Barselona” (İspaniya) – “İnter” (İtaliya) görüşünü isə Fransa Futbol Federasiyasının hakimi Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. Villi Delajod və Françis Letexyer oyunda VAR-a cavabdeh olacaqlar.

Qeyd edək ki, "Arsenal" - PSJ matçı aprelin 29-da, "Barselona" - İnter" oyunu isə aprelin 30-da  keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
5
1
teleqraf.com

2Источники