AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Çjao Çensin kənd təsərrüfatı və enerji məhsullarının yerli istehsalının, eləcə də digər ölkələrdən idxalın ölkənin tələbatını tam ödəyəcəyini söyləyib.
“Hətta ABŞ-dən yem taxılları və yağlı bitkilər almasaq belə, bu, ölkəmizə taxıl tədarükünə o qədər də təsir etməyəcək”,- agentlik Çjaonun bəyanatıdansitat gətirir.
“Financial Times (FT)” qəzetinin yazdığına görə,Çin bazarının itirilməsi 2023-cü ildə bu ölkəyə 33 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac etmiş ABŞ fermerləri üçün ağır zərbə olacaq. Bundan əlavə, Amerika Çinə təxminən 15 milyard dollar dəyərində neft, qaz və kömür tədarük edib.
Xatırladaq ki, aprel ayında Donald Trampın administrasiyası Çin mallarına 145% rüsum tətbiq edib. Buna cavab olaraq, Çin Amerika məhsullarına 125% rüsum qoysa da, bir müddət əvvəl ABŞ mallarının bəzi kateqoriyalarına cavab rüsumlarını ləğv edib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта