RU

Paytaxt klubundan antirekord

“Tottenhem” İngiltərə Premyer Liqasında antirekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, londonlular 19-cu məğlubiyyəti ilə bunu reallaşdırıb.

Komanda 34-cü turda “Liverpul”a 1:5 hesabı ilə uduzub. Bu, paytaxt təmsilçisinin cari çempionatda 19-cu yenilgisidir. Komanda 2003/04 və 1993/94 mövsümlərində də 19 məğlubiyyətlə yadda qalmışdı.

“Tottenhem” 1991/92 mövsümünü isə 20 məğlubiyyətlə başa vurub. Bu, Premyer Liqanın yaranmasından əvvəlki son mövsüm idi.

Избранный
2
msport.az

1Источники