RU

Hərbi vəzifəlilərin çöl şəraitində praktiki məşğələləri keçirildi

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə Publika.az-a MN-dən məlumat verilib.

Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.

Избранный
0
32
publika.az

10Источники