RU

Ukraynada matəm günündə Kiyev merinin birinci müavini ad günü keçirib

Aprelin 25-də Ukraynada matəm günündə Kiyev meri Vitali Kliçkonun birinci müavini Nikolay Povoroznik Kiyev Şəhər Dövlət Administrasiyasının digər rəsmiləri ilə birlikdə iş saatında ad günü keçirib.

Herbiand.az bildirir ki, bu barədə İnformer araşdırma aparıb.

Araşdırmaya görə, korporativ tədbir Vışqorod “Vodokanal”ının kommunal ərazisində keçirilib. Ərazi Kiyev dənizinin sahilində yerləşir.

Jurnalistlər xatırladıblar ki, aprelin 25-i Kiyevdə Rusiyanın zərbəsi nəticəsində paytaxtın Svyatoşinski rayonunda həlak olan 12 nəfər üçün matəm günü elan edilib. Məhz bu gün Kiyev Şəhər Dövlət Administrasiyasının əməkdaşları bayram şənliyi təşkil ediblər.

Jurnalistlər Povoroznikin ad gününə aşağıdakı şəxslərin gəldiyini öyrəniblər:

Kiyev Şəhər Dövlət Administrasiyası aparatının rəhbəri Dmitri Zaqumennıy;

Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin müavini Vyaçeslav Nepop;

Mənzil və Kommunal İnfrastruktur Departamentinin direktoru Dmitri Naumenko;

Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin torpaq məsələləri üzrə müavini Vladislav Andronov;

Merin müavinləri - Petr Panteleev, Valentin Mondrievski, Anna Starostenko;

Kiyev Şəhər Dövlət Administrasiyasının İcra Hakimiyyətinin Maliyyə Departamentinin direktoru Vladimir Repik;

Merin mətbuat katibi Oksana Zinovieva;

Şəhər merinin analitik dəstək şöbəsinin müdiri Aleksey Komarov.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники