RU

İsrail aviasiyası Beyrutun cənubundakı hədəfləri vurub

İsrail Hərbi Hava Qüvvələri bazar günü, aprelin 27-də Beyrutun cənubunda bir hədəfə hava zərbəsi endirib.

Herbiand.az xəbər verir ki, bu barədə France-Presse mkəlumat yayıb.

Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, zərbə radikal islamçı Hizbullah qruplaşmasının raketləri saxlamaq üçün istifadə etdiyi binaya düşüb.

Agentliyin məlumatına görə, hücumdan sonra bölgədə yanğın müşahidə olunub.

Bununla belə, mülki infrastruktura dəyən zərər və tələfat barədə məlumat yoxdur. Livan televiziya kanallarında anqara bənzəyən tikilinin yaxınlığında baş verən yanğının görüntüləri yayılıb.

Избранный
6
herbiand.az

1Источники