RU

“Mançester Siti” finala vəsiqə qazandı

BAKI, 27 aprel. TELEQRAF

İngiltərə Kubokuda “Nottingem Forest”i 2:0 hesabı ilə məğlub edən “Mançester Siti” finala vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, yarımfinal matçı Londonun “Uembli” stadionunda keçirilib.

Hesabı ikinci dəqiqədə Mateo Kovaçiçin ötürməsindən sonra Riko Lyuis açıb. 51-ci dəqiqədə Yoşko Qvardiol komandasının qələbə topunu vurub.

“Mançester Siti” finalda “Kristal Pelas”la qarşılaşacaq. Həmin oyun da mayın 17-də “Uembli”də keçiriləcək.

Избранный
3
teleqraf.com

1Источники