Türkiyə çempionatının 33-cü turunda ''Fənərbaxça'' ''Qaziantep''in qonağı oldu.
''Football-plus.az'' xəbər verir ki, ''Qalatasaray''dan onsuz da 5 xal geridə olan və xal itirmək limiti çoxdan tükənən İstanbul nəhəngi fanatlarını uzun müddət intizarda saxladı. ''Qaziantep'' gözlənilmədən fasiləyə 1:0 öndə yollandı. Amma ikinci hissədə təzyiqi artıran ''Fənər'' özünə lazım olan qolları vurmağı və geridönüş etməyi bacardı.
Özü də ''sarı-lacivərdlilər'' 5 dəqiqə aralığında 3 qol vurdular. Əvvəlcə qazanılan penaltini Talişka dəqiq yerinə yetirdi. Braziliyalı futbolçunun ardıcıl 5-ci turda qol vurması diqqət çəkdi. Talişka XXI əsrdə Pyer van Hooydonk, Aleks de Souza, Mussa Sou, Enner Valensiya və Edin Cekonun ardından ardıcıl 5 turda qol vurmağı bacaran ''Fənər''in 6-cı futbolçusu oldu. Qələbə qolunu Ceko vurdusa, yekun nəticəni Fred müəyyənləşdirdi.
''Fənər'' bu mövsüm superliqada hesabda geriyə düşdüyü qarşılaşmalarda artıq 20 xal toplayıb (6 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) və bu göstəricidə hamıdan üstündü.
Joze Mourinyonun komandası son 5 turun hamısında qalib gələ bilməsə də, bu matçların hər birində ən azı 3 qol vurmağı bacarıb. ''Fənər''in sonuncu dəfə belə seriyası 2006-cı ilin aprel-mayında Kristof Daumun rəhbərliyi altında olmuşdu. Bu nəticədən sonra zirvədə xal fərqi 2-yə ensə də, ''Qalatasaray'' bu turun oyununu bu gün səfərdə ''Eyüpspor''a qarşı keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта