Boks üzrə kadetlər arasında keçirilən zona birinciliklərinin final mərhələsində ölkənin müxtəlif şəhər və rayonlarının klubları və idman cəmiyyətlərini təmsil edən 50 komandanın 153 idmançısı mübarizə apardı.
Korrespondent.az xəbər verir ki, 5 gün davam edən yarışın sonunda 17 çəki dərəcəsi üzrə qaliblər və mükafatçılar müəyyənləşdi. Turnirin komanda hesabında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) 2 qızıl və 1 bürünc medalla üçüncü yeri tutdu.
Respublikanın Əməkdar Məşqçi-Müəllimi Rüstəmov Ceyhunun rəhbərliyi altında çıxış edən idmançılar yarışda aşağıdakı nəticələri qazanıblar:
Rəsulov Mehran — 75 kq çəki dərəcəsində qızıl medal
Ağakisiyev Yusif — 80 kq çəki dərəcəsində qızıl medal
Abdullazadə Raul — 70 kq çəki dərəcəsində bürünc medal