RU

Kəmalə Ağazadə: Tapılan qızlar “Azərbaycan Uşaqları” İB-nin sığınacağına yerləşdirilib

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: “Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var”.

Избранный
4
14
nocomment.az

10Источники