RU

Rus generalın qətlində şübhəli bilinən şəxs bu ölkədə SAXLANILIB

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb.
 
Bu barədə TASS-a məlumatlı mənbələr bildiriblər.
 
“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.
 
Qeyd edək ki, dünən Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.
Избранный
18
2
moderator.az

5Источники