RU

Kursk zəfərindəki “Şimali Koreya faktoru”  rus hərb maşınının tarixi şöhrətinə zərbədir

Bu, Rusiya üçün sadəcə hərbi deyil, siyasi-psixoloji baxımdan da “Pirr qələbəsi”dir...

Məlum olduğu kimi, Rusiya bir neçə ay bundan öncə Ukrayna tərəfindən nəzarətə götürülən Kursk ərazisini tam şəkildə azad etməyə nail olub. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə prezident Vladimir Putinə məruzəsində Kursk əməliyyatında rus hərbçiləri ilə yanaşı, Şimali Koreya döyüşçülərinin də aktiv iştirak etdiyini, qəhrəmanlıq göstərdiyini bildirib. "Kremlyovskaya Tabakerka" Teleqram kanalının Rusiya Baş Qərargahındakı mənbəyə istinadla yaydığı məlumata görə, Kursk döyüşlərində Şimali Koreya ordusu 8500 nəfər itki verib, 11 min koreyalı isə yaralanıb.

Kurskun azad edilməsi Rusiya üçün hərbi baxımla yanaşı, mənəvi-psixoloji baxımdan da son dərəcədə önəmli olsa da, Moksvanın bu zəfərinə kölgə salan kifayət qədər ciddi məqamlar mövcuddur. Bunların başında isə Kurskun Rusiya tərəfindən təkbaşına deyil, Şimali Koreya əsgərləri ilə birlikdə azad edilməsi amili dayanır.  Bu, rus hərb maşınının tarixi şöhrətinə zərbə sayıla biləcək mühüm bir amildir və bu amil Rusiyanın mövcud hərbi gücü haqqında çox şey “danışır”.

Birincisi, Kursk əməliyyatlı sübut etdi ki, Rusiya təkbaşına öz ərazisini işğaldan azad etmək qüdrətinə malik deyil və kənar hərbi dəstəkdən ciddi asılılıq içərisindədir. Bu, Rusiyanın Ukrayna müharibəsində verdiyi itkilərin miqyas və mahiyyətini əks etdirir.

İkincisi, Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin çoxluğu artıq Rusiyaya onların müharibədə iştirakını gizlətməyə imkan vermir. Əks təqdirdə, Krem Kurskun azad edilməsi uğuruna Şimali Koreyanı şərik etməz, bütün digər uğurlar kimi bunu da yalnız öz adına yazardı.

Üçüncüsü, Şimali Koreyanın Ukrayna müharibəsində iştirakının rəsmi şəkildə etirafı Rusiya və Şimali Koreyaya qarşı daha sərt sanksiyaları gündəmə gətirməklə yanaşı, Ukrayanaya Qərbin əsgəri yardımını aktuallaşdıra bilər. Baxmayaraq ki, bugünə qədər Qərb bu məsələdə maraqlı görünməyib.

Bütün bunların fonunda Ruisyanımn Kursk uğurunu “Pirr qələbəsi” hesab etmək mümkündür. Və bu “uğur” Rusiyanın hərbi qüdrətindən daha çox hərbi zəifliyindən xəbər verir.

Seymur ƏLİYEV

 

Избранный
13
moderator.az

1Источники