RU

WSJ: ABŞ və İran danışıqlarda uranın zənginləşdirilməsi və raket proqramını müzakirə edirlər

Vaşinqtonla Tehran arasında danışıqlarda fikir ayrılıqları əsasən İranın uranın zənginləşdirilməsi proqramına aiddir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr bu məsələni hazırkı danışıqlarda əsas büdrəmə nöqtəsi adlandırıb.

“Digər mübahisəli məsələ ABŞ administrasiyasının İranın raket proqramını yeni nüvə sazişi ilə əlaqələndirmək istəyidir. Bununla belə, ABŞ prezidenti Donald Tramp administrasiyasının adının çəkilməsini istəməyən məmuru Omandakı danışıqları müsbət və məhsuldar adlandırıb.

O, növbəti görüşün tezliklə Avropada baş tutacağını da bildirib. ABŞ və İran arasında dialoqun üçüncü raundu ciddi fikir ayrılıqları və yeni görüşün keçirilməsi öhdəliyi ilə başa çatıb”, - məqalədə vurğulanıb.

Избранный
87
50
report.az

10Источники