RU

İspaniya Kral Kubokunun qalibi BƏLLİ OLDU

Futbol üzrə İspaniya Kral Kubokunun finalında Kataloniya “Barselona”sı “Real Madrid”i məğlub edib.

Publika.az xəbər verir ki, Sevilyada baş tutan qarşılaşma 3:2 hesabı ilə Hans-Diter Flikin komandasının xeyrinə başa çatıb.

Qaliblərin qollarına Pedri, Ferran Torres və Jules Kounde imza atıb.

"Real Madrid"in qollarını Kilian Mbappe və Aurelien Tchouameni vurub.

"Barselona" üçün bu qələbə turnir tarixində 32-ci olub. "Real Madrid" 20 dəfə İspaniya kubokunun qalibi olub.

Избранный
10
publika.az

1Источники