RU

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Bu gün Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevinanadan olmasının 117 ili tamam olması münasibəti ilə Milli AviasiyaAkademiyasının (MAA) təşkilatçılığı ilə Gəncədə yaradıcılıq gecəsikeçirilib.

Trend xəbər verir ki, XX əsrAzərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsizxidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevinadını daşıyan ev muzeyində keçirilən tədbirdə şəhər rəsmiləri,ictimai xadimlər və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının(MAA) Birinci prorektoru, professor Ədalət Səmədov Mir Cəlalfəlsəfəsini, onun humanizm ənənələrini bu gün də yaşadan və uğurladavam etdirən akademik, MAA-nın rektoru Arif Paşayevin salamlarınıtədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mir Cəlal Paşayevinçoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələnnəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycandadeyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat vəyaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraqmaraqla oxunur.

Çıxış edən Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovdeyib ki, Mir Cəlal Paşayev Azərbaycan elm və təhsilinin, ədəbiməktəblərinin inkişafına, milli dəyərlərin, adət-ənənələrinqorunmasına çalışmış, gəncləri savadlı və vətənpərvər olmağa sövqedib. O, “Bir gəncin manifesti", “Füzulinin poetik xüsusiyyətləri”,“Dirilən adam", "Bostan oğrusu", “Gözün aydın" kimi məşhurəsərlərində müasir dövrün çağırışlarını əks etdirib. Ona görə bugün də Azərbaycanın orta və ali təhsil müəssisələrində Mir Cəlalirsi sevə-sevə öyrənilir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdiqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən vəbu gün günü-gündən gözəlləşən Gəncə şəhərinin ruhunda Mir Cəlal izivar.

AMEA-nın müxbir üzvü, Riyaziyyat və mexanika İnstitunundirektoru Misir Mərdanov da çıxış edərək deyib ki , böyük alim MirCəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurluşəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıqqazanıb.

Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoşxatirələrini səsləndirib. O, son dövrlərdə çapdan çıxmış “İllər,pillələr və talelər” , “Xəlvətdə yanan şam” kitablarında da xoşxatirələrini oxucuları ilə bölüşdüyün deyib.

Çıxış edən MAA-nın rektor köməkçisi, iqtisad elmləri üzrəfəlsəfə doktoru, dosent Gülnarə Əhmədova bildirib ki, illər ötdükcəMir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm dəxeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqlaqarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur.Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisidünya durduqca yaşayacaq.

Sonda Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığışeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayişolunub.

Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Избранный
2
4
az.trend.az

5Источники