RU

"Borussiya"nın yarımmüdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Ceymi Qittens karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Report" "Pletti Goal"a istinadən xəbər verir ki, “Çelsi” 20 yaşlı oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır.

"Zadəganlar" bu transfer üçün 7 milyon avro maaş təklif edib.

Futbolçu hazırkı klubunda bu məbləğin yarısı qədər qazanır. "Arılar" da yarımmüdafiəçi ilə təxminən 50-60 milyon avro qarşılığında yolları ayırmağa hazırdır.

Qeyd edək ki, C.Qittens Almaniya Bundesliqasının cari mövsümündə meydana çıxdığı 28 oyunda 8 qol və üç məhsuldar ötürmə müəllifi olub.

Избранный
13
1
report.az

2Источники