RU

Bu gün “Kəpəz” “Zirə” ilə qarşılaşacaq

Bu
Premyer Liqada 32-ci tur davam edir. 1news.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.
“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir. Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlində bir pillə irəliləyəcək. “Zirə” isə səfərdə ən azı 1 xal qazansa, həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2 cavabsız qolla üstələyib. 26 aprel 19:00. “Kəpəz” - “Zirə” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov VAR: Rəvan Həmzəzadə AVAR: Cəmil Quliyev Tovuz şəhər stadionu 27 aprel 17:30. “Səbail” - “Araz-Naxçıvan” 20:00. “Sabah” - “Qarabağ” 28 aprel 20:00. “Sumqayıt” - “Neftçi” 25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

Избранный
3
4
1news.az

10Источники