RU

Tramp rus generalın ölümündən danışdı: Söz verirəm...

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlini böyük məsələ hesab edirəm və ona baxacağıma söz verirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu, böyük məsələdir. Baxacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.

Избранный
26
8
axar.az

8Источники