RU

Fiziki şəxslər birinci rübdə yarım milyard dollarlıq məhsul idxal edib

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana məhsul idxalınınhəcmi 5,7 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, fiziki şəxslərin idxalda payı 498,8 milyon ABŞdolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58milyon ABŞ dolları, yaxud da 13,2% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 3,7milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun dafiziki şəxslərə düşən payı 441 milyon ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Избранный
36
12
az.trend.az

10Источники