RU

"Putin yaxın vaxtlarda müharibəni dayandırmaqda maraqlı deyil" - ISW

 
"Trampın bəyanatı isə onun "sülh planının"' tam uğursuzluğa düçar olduğunu anladığını göstərir..."
 
Rusiya diktatoru Vladimir Putin Ukrayna və ABŞ tərəfindən təklif edilən ümumi atəşkəsdən davamlı şəkildə imtina edir, Kreml isə müharibənin dayandırılması üçün vaxt çərçivələrinin müəyyən olunmasından qaçır.
 
Moderator.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Məlumatına görə, bütün bunlar Putinin yaxın perspektivdə sülh danışıqları yolu ilə müharibəni bitirməkdə maraqlı olmadığını göstərir.
 
"Putinin ABŞ və Ukraynanın atəşkəslə bağlı təkliflərini davamlı şəkildə rədd etməsi, ABŞ Prezidenti Trampın əvvəlcə atəşkəsin əldə olunması, sonra isə daha geniş sülh sazişi üzrə danışıqlar aparılması yanaşmasına, eləcə də Ukraynada davamlı sülhə nail olmaq məqsədinə ziddir", - ISW hesabatında deyilir.
 
Aprelin 20-də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın minimum 30 günlük tam və qeyd-şərtsiz atəşkəslə razılaşmağa hazır olduğunu təsdiqləyib.
 
Putin isə bu təklifi aprelin 21-də rədd edib və iddia edib ki, Ukrayna "baş verənlərə nəzarəti ələ almağa və atəşkəsi genişləndirməkdən danışmağa" çalışır. Diktatorun sözlərinə görə, Rusiya "bütün bunları diqqətlə qiymətləndirməlidir".
 
Ukraynada müharibənin sonu
 
Əvvəllər Tramp ABŞ-ın Ukraynada sülh danışıqlarından çıxmasını istisna etməyib. O bildirib  ki, əgər bu məsələ ona çox çətin görünərsə, danışıqlardan sadəcə olaraq çəkilə və hər şeyi taleyin ümidinə buraxa bilər.
 
Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles bu bəyanatın Trampın "sülh planının" demək olar ki, tam uğursuzluğa düçar olduğunu anladığını göstərdiyini düşünür. Bundan öncə "The New York Post" yazıb ki, tam atəşkəslə bağlı qərar gələn həftə qəbul oluna bilər.
Избранный
9
8
moderator.az

8Источники