“Vladimir, DAYAN! Həftə ərzində 5000 əsgər ölür. Gəlin sülh razılaşmasını əldə edək”, - Tramp qeyd edib.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, keçirilən görüşlərdə artıq bəlli oldu ki, Donald Trampın Ukrayna ilə bağlı sülh təklifi qəbul edilmədi:
“London danışıqları uğursuz oldu. Səhəri isə Putin Kiyevə zərbələr endirdi. Bu zərbələr təbii ki, Ağ Evdə ciddi narhatlıq yaratdı. Bu, bir daha göstərdi ki, Putin atəşkəsdə maraqlı deyil. Bu Zelenskiyə bir təzyiqdir ki, dinc əhali etiraza qalxsın, amma bu da mümkün olmayacaq. İkincisi isə, təbii ki, Donald Tramp artıq görür ki, Rusiya tərəfi geniş şəkildə balistik raketlərdən istifadə edir. Bu, bir növ, Rusiyaya qarşı artıq fikirlərin dəyişməsinə gətirib çıxaracaq”.
Politoloq əlavə edib ki, Ukrayna-ABŞ arasında da danışıqlar davam edir:
“Düşünürəm ki, Putin əlbəttə ki, Donald Trampı manipulyasiya edir və edəcək. Amma artıq Ağ Evdə oturanlar anlayırlar ki, Rusiya təzyiq yolu ilə yalnız atəşkəsə gedə bilər. Amerika Ukraynaya kəşfiyyat, hərbi məlumatları və silahları artıracaq. Çünki bu münaqişənin danışıq ilə yolu yoxdur. Yalnız Rusiyaya qarşı ciddi təzyiqlər etməklə Rusiyanı danışıqlar masasına əyləşdirmək olar”.
Leyla Turan
Demokrat.az
8Mənbələr
-
korrespondent.azTramp Putinin müharibəni bitirməkdə maraqlı olmadığını ehtimal edir ( 16802267)
-
yenilik.azTrampdan sərt bəyanat ( 16801787)
-
ikisahil.azTramp Putinin müharibəni bitirməkdə maraqlı olmadığını ehtimal edir ( 16801723)
-
axar.azPutin bunda maraqlı deyil - Tramp ( 16801727)
-
moderator.az“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat ( 16801437)
-
qafqazinfo.az“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat ( 16801375)
-
demokrat.az"Putin atəşkəsdə maraqlı deyil" — ŞƏRH ( 16777259)
-
moderator.az"Putin yaxın vaxtlarda müharibəni dayandırmaqda maraqlı deyil" - ISW ( 16709193)