Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib.
Bu görüşdə qapılara qol vurulmayıb. Digər oyunda isə iki paytaxt təmsilçisi – “Neftçi” ilə “Zirə” üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”dan güclü olub – 2:1.
Misli Premyer Liqası
30-cu tur
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
Kəpəz: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 41. Seymur Xəlilov, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта