Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun sonuncu oyununda iki paytaxt təmsilçisi – “Neftçi” ilə “Zirə” üz-üzə gəlib.
Altı qolluq bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”dan güclü olub – 2:1. “Kəpəz” – “Araz-Naxçıvan” görüşü də qolsuz yekunlaşıb.
Misli Premyer Liqası
30-cu tur
13 aprel
“Neftçi” – “Zirə” 2:4
Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 23 – Rafael Utziq, 43-pen; 75-pen. Davit Volkov, 61. Ceyhun Nuriyev, 77.
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
“Neftçi Arena”, 19:15.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta