RU

“Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir

Antalyada “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir .

Antalyada keçirilən IV Diplomatiya Forumunda “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panelə başlanıb.

Operativ Media xəbər verir kİ, paneldə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Prezidentinin Xüsusi Təlimatlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sodyq S. Safoyev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev, Qırğız Respublikası Xarici İşlər Nazirinin birinci müavini, Prezidentin xüsusi nümayəndəsi Asein İsaev iştirak edir.

Qeyd edək ki, disskusiyada məqsəd TDT-nin geosiyasi mənzərənin formalaşmasında inkişaf edən rolunu araşdırmaq, bu unikal əməkdaşlıq modelinin potensialına diqqət yetirmək və onun təşəbbüslərinin regional, qlobal problemlərin həllində necə təsirli ola biləcəyini araşdırmaqdır.

 

Избранный
100
1
operativmedia.az

3Источники