RU

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

"Ref Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Valyuta.az-ın məlumatına görə, qanuni təmsilçisi, baş direktoru Ağayev Ədalət Cəlil oğlu olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 138 110.58 manat vergi borcu yaranıb.

Sözügedən borcun ödənilməsi ilə bağlı Ağayev Ədalətə  xəbərdarlıq edilib və işə baxılması üçün müraciət olunub.

Qeyd edək ki, “REF Motors” MMC "Bakı Metropoliteni" QSC-nin, Dövlət Sosial Müdafiə Fondunun, DOST Agentliyinin və "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsin Mənzil-Kommunal Və Təmir Xidmətinin tenderlərinin qalibi olub.

Sabiq

Избранный
251
50
valyuta.az

10Источники