“Bonapartın xırda varisləri 200 il əvvəl qoparılmış qızıl epauletləri geyinməyə çalışaraq, Napoleon miqyasında qisas almağa can atırlar və ayrı-ayrı NATO ölkələrinin qoşunlarının Kiyevə enməsi ilə bağlı, həmçinin Rusiyaya zərbə endirmək üçün yeni silahlar barədə şiddətli və son dərəcə təhlükəli “çovğun” keçirirlər”.
Bizim.Media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emanuel Makronun Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Qərb siyasətçilərinin beyinlərinin “parçalanması”na dair nümunələr hər gün ortaya çıxır” – o qeyd edib.
Bizim.Media