Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə nüvə müharibəsi hədə-qorxusu ilə çıxış edib.“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində Medvedev Ukraynaya görə nüvə müharibəsinin başlaya biləcəyilə bağlı danışarkən qarışıq fikirlər səsləndirib. O, deyib ki, nüvə müharibəsi “istəmədən, məsələn, Ukraynaya ötürülən “F-16” təyyarəsinin NATO ölkələrinin birinin ərazisindən(?) Rusiyaya zərbə endirməsi halında başlaya bilər”.Medvedevin dediyinə görə, nüvə savaşı hətta hansısa “təsadüfdən” qaynaqlana bilər: "Elə qəzalar da var ki, onlardan heç kim sığortalanmayıb. Təsadüfi, qəsdən olmadan nüvə münaqişəsinin baş verməsini də hesabdan silmək olmaz. Ona görə də Ukrayna ətrafındakı bütün bu oyunlar son dərəcə təhlükəlidir". Qeyd edək ki, daha əvvəl Ukraynaya “F-16”-larla Rusiya ərazisinə zərbələr endirmək imkanının verilməsi ilə bağlı məlumatlar yayılıb.“AzPolitika.info”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta