Demokrat.az xəbər verir ki, imtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə Regional Bölməsində saat 11:00 və 15:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
10Sources
-
tehsil.biz“Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək ( 17842972)
-
yenisabah.az“Azercell”in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi ( 17809021)
-
qafqazinfo.az“Azercell”in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi ( 17807953)
-
qafqazinfo.az“Azercell”in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi ( 17807950)
-
cebheinfo.azOlimpiadanın final turu keçirilib ( 17807692)
-
cebheinfo.azOlimpiadanın final turu keçirilib ( 17807116)
-
sia.az“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub ( 17801254)
-
sherg.az2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub ( 17792719)
-
pravda.az2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub ( 17792149)
-
operativmedia.az“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib ( 17791606)