Mayın 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti nisbətən aşağı enib.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:10-da “CoinMarketCap” platformasında 0.16% ucuzlaşaraq 108 938 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.05% artaraq 2635 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether 0.04%, XRP son sutkada 0.12% ucuzlaşıb, BNB isə 0.20% bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.