AZ

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 30-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:20-də “CoinMarketCap” platformasında 1.62% ucuzlaşaraq 106040 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.32% azalaraq 2634 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.56%, BNB isə 1.51% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Seçilən
0
32
apa.az

10Mənbələr