EN

Rusiya Ukraynaya bomba yağdırdı - çox sayda ölən və yaralanan mülki şəxs...


Rusiya 300-ə yaxın pilotsuz uçuş aparatı və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya rekord sayda hava hücumu həyata keçirib.Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Hava hücumları Rusiya Federasiyasının Kursk vilayətindən 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, Saratov vilayətindən və Qara dənizdən buraxılan “Tu-95” və “Tu-160” strateji aviasiya təyyarələrindən 55 ədəd Kh-101 və Kalibr qanadlı raketləri, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketləri, 298 “Şahed” və digər növ hücum pilotsuz təyyarələri ilə reallaşdırılıb. Hücum nəticəsində 10-dan çox mülki şəxs həlak olub, onlar arasında uşaqlar da var. Çox sayda yaralı olduğu bildirilir.

Ukrayna hava hücumundan müdafə üçün aviasiya, zenit-raket qüvvələrindən, elektron döyüş bölmələri və mobil atəş qruplarından istifadə edib. Həmçinin, Rusiyanın 266 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onlardan 139-u atəşlə məhv edilib, 127-si elektron sistemlərlə söndürülüb.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

ZÜMRÜD

Chosen
0
50
baki-xeber.com

10Sources