EN

Lionel Messi Ronaldinyonu geridə qoydu - Video

“İnter Mayami”nin 37 yaşlı argentinalı ulduzu, veteran hücum Lionel Messi cərimə zərbələrindən vurulmuş qollar üzrə ilk üçlüyə daxil olub.

Arena.az məlumat verir ki, “Leo” MLS müntəzəm mövsümünün “Filadelfiya Yunion”la səfər oyununda (3:3) fərqlənib.

Bu qol sayəsində Messi cərimə zərbələrindən vurulmuş qollar üzrə dünya futbolunun braziliyalı əfsanəsi Ronaldinyonu geridə qoyaraq, 67 qolla ilk üçlükdə yer alıb. Messi “Futbol Kralı” Pele (70 qol) və cərimə zərbələri üzrə usta, braziliyalı əfsanə Juninyo Pernambukanodan (77 qol) sonra üçüncüdür.

Messinin əzəli rəqibi, “Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu, verteran hücumçu Kristiano Ronaldonun hesabında isə cərimə zərbələrindən vurulmuş 64 qol var.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 17 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 56 oyun, 44 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Chosen
0
4
arena.az

10Sources