AZ

Messi Ronaldinyonu geridə QOYDU

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına (67) görə keçmiş komanda yoldaşı Ronaldinyonu (66) ötüb.

Viral.az “DSports”a istinadən xəbər verir ki, 37 yaşlı argentinalı futbolçu bunu MLS-də “Filadelfiya” ilə matçda reallaşdırıb.

Argentina yığmasının üzvü 3:3 bitən matçda 87-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Son Yazılar:

Qeyd edək ki, Messi hazırda cərimə zərbələrindən vurulan qolların sayına görə Juninyo Pernambukano (77) və Peledən (70) geri qalır. Devid Bekhem (65) beşinci, Kriştianu Ronaldo (64) isə altıncıdır.

 

Seçilən
0
14
viral.az

10Mənbələr