İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb.
Rekord.az xəbər verir ki, fransalı futbolçu bunu ötən gün La Liqanın XXXIV turunda “Real Sosyedad”la matçda reallaşdırıb.
Fransalı hücumçu debüt mövsümündə "Real"ın heyətində bütün yarışlarda 43 qol vurub ki, bu da yeni klub rekordu kimi qeyd alınıb. Daha əvvəl bu nailiyyət sabiq çilili hücumçu İvan Samoranoya (37) məxsus idi.
Həmçinin K.Mbappe La Liqada vurduğu 31 qolla analoji rekorda imza atıb. Əvvəlki rekordun sahibi 27 qolla Alfredo Di Stefano idi.
Qeyd edək ki, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola K.Mbappe imza atıb.