EN

Xankəndidə imtahan verən abituriyent: Qarabağ Universitetində təhsil almaq istəyirəm 

 

İlk dəfə Xankəndi şəhərində Qarabağ Universitetində keçirilən qəbul imtahanı çox rahat keçdi.

AzEdu.az xəbər verir ki, bunu "Report"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında III ixtisas qrupu üzrə imtahan verən abituriyent Aylin İbadova deyib.

Xankəndidə zabit kimi fəaliyyət göstərən hərbçinin yoldaşı olan A.İbadova bildirib ki, imtahan çox rahat keçdi, suallar asan idi:

"Ümumilikdə hər şey qaydasında idi. Bu səbəbdən imtahan nəticələrindən gözləntim yüksəkdir. Çox istərdim ki, imtahan verdiyim Qarabağ Universitetində də ali təhsilimi davam etdirim. Çünki burada tarix yazılıb, biz də ilk qəbul imtahanın iştirakçısıyıq. Mən də bu tarixin bir parçası olmaq istəyərəm. Burada təhsil almaq mənim üçün fəxr hissi olar".

 

Chosen
0
2
azedu.az

10Sources