Fransa məhkəməsi istintaq altında olan Telegram-ın təsisçisi Pavel Durovun ölkəni tərk etmək tələbini yenidən rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, Durov Amerika QHT-nin İnsan Haqları Fondunun (HRF) forumunda iştirak etmək üçün Osloya getməyi planlaşdırırdı. Lakin istəyinə nail ola bilməyib.
Qeyd edək ki, Pavel Durov ötən ilin avqustunda Parisin Le Burje hava limanında şəxsi təyyarədən endikdən sonra saxlanılıb.
Bizim.Media