AZ

Pavel Durova qadağa qoyuldu: Bu ölkəyə uça bilməz

"Telegram" və "VKontakte"nin qurucusu Pavel Durov Fransa hakimiyyətindən investisiya fondları ilə danışıqlar aparmaq üçün ABŞ-a getməyə icazə istəyib, lakin o, rədd cavabı alıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Paris prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

Dövlət ittihamçısı Durovun xaricə səfərini əsassız və lazımsız hesab edərək məhkəmə nəzarətinin qismən ləğv edilməsi barədə vəsatətini rədd edib.

Sorğu 12 may 2025-ci ildə rədd edilib.

Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Paris yaxınlığındakı Le Burje hava limanında saxlanılıb. Fransada iş adamı 10 cinayətdə şübhəli bilinir və onu 10 ilə qədər həbs gözləyir. Avqustun 28-də o, ölkədən çıxış qadağası və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində sərbəst buraxılıb.

Seçilən
0
17
publika.az

10Mənbələr