EN

AYNA auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 67,26 min manat ödəniləcək.

Xatırladaq ki, AYNA-nın 2023-cü il üzrə maliyyə hesabatlarının auditini "RSM Azerbaijan" MMC aparıb. Bu xidmədlərə görə şirkətə 64,9 min manat ödənilib.

Chosen
0
2
report.az

10Sources