Mayın 24-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:00-da “CoinMarketCap” platformasında 2.22% ucuzlaşaraq 108 042 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 4.06% azalaraq 2548 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.29%, BNB isə 2.28% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.