Xatırladaq ki, mayın 25-da Sibihanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq.
Ajans.az “Report”-a istinadən xəbə verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiha deyib. “Biz Azərbaycanla strateji tərəfdaşımız olaraq ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlıyıq. Biz bütün səviyyələrdə dialoqların inkişafında maraqlıyıq. Səfərimizin də əhəmiyyəti budur”, – Ukraynanın baş diplomatı vurğulayıb. XİN başçısı Azərbaycanın Ukraynanın İrpin şəhərinə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib: “Biz artıq Azərbaycan tərəfindən Ukraynaya, xüsusilə İrpin şəhərinə göstərilən humanitar yardıma görə minnətdarıq. Biz bunu qiymətləndiririk. Həmçinin qış aylarında çətin vaxtlarda, ən çox ehtiyacımız olduğu zaman bizə göstərilən yardım, xüsusilə enerji avadanlığı ilə təmin olunmağımız üçün də minnətdarıq”. O, iki ölkənin liderləri arasında daim təmasın olduğunu qeyd edib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daimi dialoq mövcuddur. Mənim ziyarətim hər iki ölkənin, hər iki xalqın xeyrinə ikitərəfli münasibətlərimizin daha da yaxınlaşmasına xidmət edən səfərdir və gözləntimiz böyükdür”.