EN

Yeniyetmələr qorxu və döyüş filmlərinə baxmaqdan məhrum edilməlidirmi?

Qorxu və döyüş filmlərinə baxmaq yeniyetmələrə necə təsir edir və onlar bundan yayınmalıdırlarmı?

Bizim.Media xəbər verir ki, bu barədə “Fantasy” uşaq klinikasının klinik psixoloqu Mariya Makuxina bildirib ki, əgər yeniyetmə sağlam və sabit düşüncəlidirsə, qorxu filmlərinə baxmaq ona heç bir təsir göstərməyəcək.

Valideynlər övladının diqqətini qorxu filmlərindən yayındırmaq istəyirlərsə, nə üçün bunu etmək istədiklərini, bu yolla nəyə nail olmağa çalışdıqlarını başa düşməlidirlər.

Bunun üçün isə əvvəlcə validenylər özləri də yeniyetmə övladları ilə bu cür filmlərə baxmalı və birlikdə müzakirə etməlidirlər. Beləcə bu cür filmlərdə övıadınızın nəyi bəyəndiyini anlamağa çalışın.

Və filmdə baş verənləri müzakirə edin, personajların hərəkətlərindən hansı nəticəyə gəlmək olar, bunu etməyə dəyərmi, yoxsa yox kimi müzakirələr aparın.

Yeniyetmələr artıq tənqidi düşünmə bacarıqlarına malikdirlər, buna görə də onlar belə bir söhbətdə iştirak etmək istəyəcəklər. Valideynlər də övladı ilə bəyəndikləri filmləri paylaşa və müzakirə edə biləcəklər. Film seçiminizi yeniyetmənin maraqları əsasında qurmaq vacibdir.

Eyni zamanda, tərbiyə və təbliğdən daha çox onunla razılaşmağa çalışın. Və seçimi övladınıza buraxın.

Unutmayın ki, yeniyetməlik həm uşaq, həm də onun valideynləri üçün çətin dövrdür. Odur ki, övladınızın psixologiyasına zərər verəcəyini düşündüyünüz filmlərdən onu qadağalar qoyaraq deyil, müzakirələr əsasında uzaqlaşdırmağa çalışın.

Bizim.Media

Chosen
0
50
bizim.media

10Sources