EN

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

2024-cü ilin yekunlarına əsasən, "Telegram" messencerinin xalis mənfəəti 540 milyon dollar təşkil edib. Bu nəticə pullu abunəçilərin sayının artması və kriptovalyuta aktivlərinin böyüməsi ilə əlaqələndirilir.

Valyuta.az xəbər verir ki, "Financial Times" bu barədə "Telegram" şirkətinin daxili maliyyə sənədlərinə istinadən yazıb.

"Telegram"ın həmin dövrdə ümumi gəliri 1,4 milyard dollar olub. Gəlirin təxminən yarısı tərəfdaşlıqlar və ekosistem layihələrindən əldə olunub. Reklam gəlirləri 250 milyon dolları keçib, premium abunəliklər isə şirkətə əlavə 292 milyon dollar qazandırıb. 2025-ci ildə "Telegram" gəlirlərini 2 milyard dollara, mənfəətini isə 720 milyon dollara çatdırmağı planlaşdırır.

Maliyyə proseslərinə yaxın mənbələrin bildirdiyinə görə, "Telegram" əldə etdiyi gəlirin bir hissəsini 1,5 milyard dollarlıq istiqraz buraxılışı ərəfəsində potensial investorlarla bölüşüb. Ümumilikdə son dörd il ərzində şirkət 2,4 milyard dollar həcmində borc öhdəlikləri buraxıb.

"Telegram"ın investisiya direktoru Con Hayman şirkətin maliyyə məqsədlərinə uğurla çatdığını bildirib və bazar şəraiti əlverişli olarsa, IPO - ilkin səhmlərin yerləşdirilməsi ehtimalını istisna etməyib. Lakin şirkətin birjada listinqə çıxması perspektivləri 2024-cü il avqustun 24-də Parisin Le-Burje hava limanında Pavel Durovun saxlanılması və ona qarşı altı maddə üzrə ittiham irəli sürülməsindən sonra qeyri-müəyyən vəziyyətə düşüb.

Paşa Məmmədli

Chosen
0
17
valyuta.az

10Sources