EN

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Qeyd olunur ki, şimal-şərq küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu:

Gecə: 15-17° isti Gündüz: 24-29° isti

Atmosfer təzyiqi: 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət: gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda:

Gecə: 13-18° isti Gündüz: 26-31° isti Dağlarda gecə: 5-10° isti Dağlarda gündüz: 15-20° isti

Chosen
0
49
afn.az

10Sources