"Barselona" klubunun idman direktoru Deku ötən yay komandada baş tutmayan transferlər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:
"Ötən mövsüm komandamızı gücləndirə biləcək iki futbolçu üzərində düşünürdük – Dani Olmo və Niko Uilyams. Olmo ilk andan etibarən 'Barselona'ya keçmək istəyini göstərdi və layihəyə inandığını ortaya qoydu, bu da işimizi asanlaşdırdı. Niko isə belə bir istək göstərmədi".
Cari mövsümdə 27 yaşlı Dani Olmo bütün turnirlərdə 38 oyunda meydana çıxaraq 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
"Barselona" La Liqa çempionatını vaxtından əvvəl təmin edib – kataloniyalılar 37 turdan sonra 85 xal toplayıb. Son turda onların rəqibi "Atletik" olacaq.