“Barselona”nın idman direktoru Deku hücumçu Robert Levandovskinin mümkün əvəzlənməsi ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.
Sportinfo.az “Barca Times”-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisi hazırda bir çox aparıcı komandaların klassik hücumçu olmadan oynadıqlarını bildirib:
“Kadrlarımız arasında hücumçu mövqeyində oynaya biləcək futbolçular var. Məsələn, Ferran Torres bu mövsüm əla performans göstərdi.
Dani Olmo və Fermin Lopes də “saxta doqquz nömrə” kimi çıxış edə bilərlər. Levandovskinin əvəzini klub daxilində tapmaq imkanımız var.
Hazırda bir çox aparıcı klublar klassik hücumçu olmadan oynayır, buna görə də, “Barselona” da bu məsələyə həddindən artıq önəm verməməlidir”.
36 yaşlı Levandovski bu mövsüm iştirak etdiyi 51 matçda 40 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.