EN

Azərbaycan üçün 51 universitet çoxdur? – Deputatdan rektorun fikrinə REAKSİYA

“Azərbaycan kimi ölkə üçün  51 universitet çoxdur”.

Bizim.Media xəbər verir ki bu sözləri AzEdu.az saytına müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.

“Azərbaycanda hazırda 51 ali məktəb var. Universitetlər arasında rəqabətin təşviq edilməsi çox vacibdir. Fikrimcə, bir suala cavab verməliyik: Azərbaycan kimi ölkə üçün 51 universitet azdır, yoxsa çoxdur? Mənə görə, bu, çoxdur. Rəqabətdən danışarkən ilk növbədə mövcud universitetlər arasında ədalətli rəqabət mühiti formalaşdırmaq lazımdır. Hesab edirəm ki, özəl universitetlərin sayının artırılması zəruridir”, - deyə rektor qeyd edib.
 

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirə yaradıb.


Məsələ ilə bağlı Bizim.Media-ya danıışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Ədalət Muradovun fikirləriylə razılaşmayıb:

“Ola bilsin ki, Ədalət müəllim ümumi prosesi təhlil edib, belə bir qərara gəlib. Mən Azərbaycan üçün 51 universitetin çox olduğunu düşünmürəm”.

Ceyhun Məmmədov universitetlər arasındakı rəqabətin  artırılması, strukturları, fəaliyyətləri  eyni olan universitetlərin birləşdirilməsi  məsələsinə də diqqət çəkib:

“Biz universitetlər arasında rəqabət mühiti yaratmalıyıq. İşləyə, uğur qazana bilən universitetlər davam edəcək, qazana bilməyənlər sıradan çıxacaq. Yəni, müstəqilliyin ilk illərində yüzlərlə universitet var idi, bu gün onların sayı 51-ə düşüb. Orada bir məqam var ki, bəzi universitetlər bir-birini təkrarlayır, onların birləşdirilməsi nəzərdən keçirilə bilər. Ümumilikdə isə düşünürəm ki, bu prosesdə tələsməyə ehtiyac yoxdur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
0
47
bizim.media

10Sources