EN

Bakıda şok olay: Taksi sürücüsünü ürəyindən bıçaqladılar

Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb.
 
Referans Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.
 
Həmin ərazidə müştəri yığan "Mersedes" markalı avtomobilin sürücüsü ilə paytaxtda fəaliyyət göstərən 14 saylı xətt marşrutu ilə hərəkət edən avtobusun sürücüsü arasında mübahisə yaranıb.
 
Mübahisə taksi sürücüsünün avtobus zolağında maşın saxlamasına görə yaranıb. Sürücülər sözlə mübahisə etsələr də, dava olmayıb. Taksi sürücüsü avtomobilinə qayıdarkən qəfil avtobus sürücüsünün ona tərəf gəldiyini görüb və əlbəyaxa olublar. Hadisə nəticəsində avtobusun sürücüsü taksi sürücüsünü ürəyindən və qarın boşluğundan bıçaqlayıb.
 
Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
 
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
 
Məhkəmənin hökmü ilə avtobusun sürücüsü 6 il 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Chosen
0
3
referans.az

10Sources